Bank Of Baku

Bakı Metropoliteninin perspektiv inkişafı üzrə tender keçirilir

Bakı Metropoliteninin perspektiv inkişafı üzrə tender keçirilir
# 16 yanvar 2009 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropoliteninin perspektiv inkişafı üzrə layihə-axtarış işlərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, layihə qabağı təklifin təqdim olunması və seçilmiş sxemin sonrakı layihəsi üzrə açıq tender elan olunub.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderə beynəlxalq arenada, eləcə də postsovet məkanında son 5 il ərzində oxşar layihə (ən azı 3 layihə) işlərində təcrübəsi olan şirkətlər və ya konsorsiumlar dəvət olunur.
Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin fevralın 11-dək, tender təkliflərini isə fevralın 24-dək təqdim etməlidir.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası martın 3-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 510-75-03.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR