Bank Of Baku

Naxçıvanda Vergilər Nazirliyi ilə digər qurumlar arasında vahid informasiya sistemi yaradılıb

Naxçıvanda Vergilər Nazirliyi ilə digər qurumlar arasında vahid informasiya sistemi yaradılıb
# 16 yanvar 2009 07:59 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. Azərbaycanın Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında fərman imzalayıb. APA-nın Naxçıvan bürosunun məlumatına görə, fərmana əsasən, NMR-nın Vergilər Nazirliyi ilə üçüncü tərəflər (Maliyyə, Ədliyyə, Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Milli Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi) arasında vahid kompüter informasiya sistemi yaradılıb.
NMR Nazirlər Kabinetinə 10 gün müddətində vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin), dəyəri ödənilərkən əlavə dəyər vergisinin (ƏDV) ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydalarının təsdiq edilərək Naxçıvan MR Ali Məclisinin sədrinə məlumat verilməsi tapşırılıb.
Fərmanın digər bəndlərində NMR Maliyyə Nazirliyinə muxtar respublikanın Vergilər Nazirliyi ilə birlikdə Mərkəzi Xəzinədarlıqda ƏDV-nin depozit hesabının açılaraq fəaliyyətə başlamasının, dövlət büdcəsi vəsaiti hesabına ƏDV ödəyicilərindən mallar (iş və xidmətlər) alınarkən ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ödənilməsinin təmin edilməsi, NMR Vergilər Nazirliyinə isə ƏDV-nin düzgün hesablanması, hesablanmış vergilərin vaxtında və tam həcmdə büdcəyə alınmasına nəzarəti gücləndirmək və bu kimi zəruri tədbirlərə nəzarəti gücləndirərək müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Qeyd edək ki, fərmanın imzalanması vergilərin vaxtında və tam ödənilməsini təmin etmək, vergi bazasını genişləndirmək və ödəyicilərə xidmət işini müasir standartlara uyğunlaşdırmaq, vergidən yayınma hallarını vaxtında aşkar etmək və vergi orqanları ilə ödəyicilər arasında münasibətləri daha da təkmilləşdirmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR