Bank Of Baku

Azərbaycanın «R.I.S.K.» şirkəti xarici ölkələrin aeronaviqasiya xidmətlərinin təchizatçıları ilə danışıqlar aparır

Azərbaycanın «R.I.S.K.» şirkəti xarici ölkələrin aeronaviqasiya xidmətlərinin təchizatçıları ilə danışıqlar aparır
# 16 yanvar 2009 08:05 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «R.I.S.K.» İT şirkəti bir sıra ölkənin aeronaviqasiya xidmətlərinin təchizatçıları və hava limanlarının müdiriyyəti ilə mülki aviasiya idarələri üçün proqram məhsullarının tətbiqi ilə bağlı danışıqlar aparır.
«R.I.S.K.» şirkətinin direktoru Anar Əligülovun «APA-Economics»ə verdiyi məlumata görə, bu günə kimi şirkət tərəfindən Azərbaycan, Latviya, Estoniya, Qazaxıstan və digər ölkələrdə PANDA - proseduraların avtomatlaşdırılmış dizayn sistemini tətbiq edib.
Qeyd edək ki, PANDA sistemi çərçivəsində geodeziya çəkilişləri zamanı əldə edilmiş aeronaviqasiya məlumatlarının vəhdətinə avtomatlaşdırılmış nəzarət həyata keçirilir. Bununla yanaşı, bu məlumatlar aerodrom proseduralarının dizaynı zamanı və AIP-də (Aeronautikal Infomation Publication) nəşr edilməsi üçün hazırlanan aeronaviqasiya xəritələrinin istehsalı zamanı istifadə edilir. Eyni zamanda, sistem çərçivəsində proseduraların dizaynı aerodrom sahəsində maneələrə nəzarət prosesi ilə birləşdirilir.
Bu sistemi tətbiq etmiş ölkələrdə aeronaviqasiya xidmətləri provayderləri hesab edirlər ki, yeni sistem proseduraların avtomatlaşdırılmış halda işlənib hazırlanmasında və aeronaviqasiya xəritələrinin müasir Geo-İnformasiya Sistemləri texnologiyalarının əsasında hazırlanmasına imkan verir.
«R.I.S.K.» şirkəti 1993-cü ildə yaradılıb və öz məhsullarını Orta Asiya və Qafqaz bazarlarına çıxarıb. Şirkət bazara ən yüksək standartlara uyğun xidmətlər təqdim edir və korporativ müştərilərə yüksək texnologiyalar əsasında hazırlanmış ən səmərəli və effektiv həllər təklif edir. Şirkət müştərilərini onların tələblərinə uyğun müxtəlif avadanlıqlar və proqram təminatları ilə təmin edir, həmçinin quraşdırdığı avadanlığın istifadəsi ilə bağlı treninqlər keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR