Bank Of Baku

Yanvarın 20-də Abşeron şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

Yanvarın 20-də Abşeron şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
# 16 yanvar 2009 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 20-də Azərbaycanda 1990-cı ilin yanvar hadisələrinin 19-cu ildönümü ilə əlaqədar Abşeron şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq.
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, ADDY-nin rəisi Arif Əsgərovun müvafiq əmrinə əsasən, yanvarın 20-də saat 06:00-dan 23:00-dək elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq.
Qeyd edək ki, həmin tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq və lokomotivlər fit verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR