Bank Of Baku

Azərbaycanın İKT və poçt sektorunda əldə olunan ümumi gəlir ötən il 28% artıb

Azərbaycanın İKT və poçt sektorunda əldə olunan ümumi gəlir ötən il 28% artıb
# 16 yanvar 2009 09:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda 2008-ci ildə istehsal olunan ÜDM-in strukturunda İKT və poçt sektorunun xüsusi çəkisi 1,8% təşkil edib ki, bu da 2007-ci ilin nəticələri ilə müqayisədə 0,2 faiz bəndi azdır.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, İKT və poçt sektorunun ÜDM-də xüsusi çəkisi 2003-cü ilin səviyyəsinə enib. Son beş ildə bu göstəricinin ən yüksək səviyyəsi 2004-cü ildə (2,6%) qeydə alınıb.
İKT və poçt sektoru üzrə əldə olunan gəlirin ümumi həcmi 2008-ci ilin nəticələrinə əsasən 990,5 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 217 mln. manat və ya 28,1% çoxdur.
Qeyd edək ki, hesabat ilində gəlirin həcmi son beş ildə ən yüksək səviyyəyə çatıb və 2003-cü ilin eni göstəricisi ilə müqayisədə bu sahədə artım 4 dəfə təşkil edib.
Azərbaycanın İKT və poçt sektorunda fəaliyyət göstərən dövlət müəssisələri üzrə bu göstərici 2008-ci ildə 195,2 mln. manat, qeyri-dövlət müəssisələri üzrə isə 795,3 mln. manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 23,4% və 29,3% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR