Bank Of Baku

Azərbaycanın telekommunikasiya və poçt sektoruna investisiya qoyuluşları son 6 ildə 2,5 dəfə artıb

Azərbaycanın telekommunikasiya və poçt sektoruna investisiya qoyuluşları son 6 ildə 2,5 dəfə artıb
# 16 yanvar 2009 10:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın telekommunikasiya və poçt sektoru üzrə investisiya qoyuluşlarının ümumi həcmi 2008-ci ildə 140 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 27,4 mln. manat və ya 16,4% azdır. Buna baxmayaraq, son 6 ildə investisiya qoyuluşları 2,5 dəfə artıb.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, telekommunikasiya və poçt sektorunda fəaliyyət göstərən dövlət müəssisələri üzrə investisiya qoyuluşlarının həcmi 2008-ci ildə 42,86 mln. manat, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 40,82 mln. manat təşkil edib. Bunun 32,85 mln. manatı telekommunikasiya sektoru, 7,97 mln. manatı isə poçt sahəsinin payına düşüb. Qeyri-dövlət müəssisələri üzrə investisiya qoyuluşlarının həcmi hesabat ilində 97,14 mln. manat təşkil edib.
Qeyd edək ki, 2008-ci ilin nəticələrinə görə, telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirin ümumi həcminin strukturunda dövlət müəssisələrinin payı 19,7%, qeyri-dövlət müəssisələrinin payı isə 80,3% təşkil edib. Bu da 2007-ci ilin nəticələri ilə müqayisədə 2,2 faiz bəndi azdır, qeyri-dövlət bölməsi üzrə isə əksinə, 2,2 faiz bəndi səviyyəsində artım müşahidə olunub. Nəticədə, telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirlərin strukturunda dövlət müəssisələrinin payı son 6 ildə 14,5 faiz bəndi azalıb və bu, özəl sektorun iştirakının xeyli artdığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR