Bank Of Baku

Azərbaycanda sabit telefon şəbəkəsinin ümumi tutumu son beş ildə 46% artıb

Azərbaycanda sabit telefon şəbəkəsinin ümumi tutumu son beş ildə 46% artıb
# 16 yanvar 2009 12:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda sabit telefon şəbəkəsinin ümumi tutumu 2008-ci il ərzində 78 941 nömrə və ya 5,5% artaraq bu ilin yanvar ayının 1-nə 1 505 841 nömrə təşkil edib. Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, son 5 ildə bu göstərici 46,4% və ya 476,9 min nömrə artıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) üzrə sabit telefon şəbəkəsinin tutumu 2009-cu ilin yanvarın 1-nə 687 294 nömrə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) üzrə 659 655 nömrə, Naxçıvan Muxtar Respublikası üzrə 57 244 nömrə, digər operatorlar üzrə isə ümumilikdə 101 648 nömrə təşkil edir.
Ölkə üzrə mövcud ATS-lərin elektronlaşma səviyyəsi 2008-ci ilin nəticələrinə görə 83,1% təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 3,6 faiz bəndi çoxdur. Son 5 ildə bu göstərici 34,4 faiz bəndi artıb.
Şəhər yerlərində elektronlaşmanın səviyyəsi 83,8%, o cümlədən Bakıda 85,5%, kənd yerlərində isə 80,3% təşkil edib. Lakin qeyd olunmalıdır ki, son 5 il ərzində şəhər yerlərində ATS-lərin elektronlaşdırılmasının fəallığı 31,2, kənd yerlərində isə 52,9 faiz bəndi olub.
Bununla yanaşı, sabit telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 2009-cu ilin əvvəlinə 1 318 662 abunəçi təşkil edib ki, bu da 2008-ci ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 5,2%, 2003-cü ilin nəticələri ilə müqayisədə isə 38,8% çoxdur.
Sabit şəbəkə abunəçilərinin sayının ümumi strukturunda 620 760 abunəçi «Aztelekom» İB, 554 091 abunəçi BTRİB, 54 858 abunəçi Naxçıvan MR, 88 953 abunəçi isə digər operatorların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR