Bank Of Baku

Rusiyanın «AvtoVAZ» zavodu ötən il Azərbaycana «Lada» avtomobillərinin ixracını 1,3% artırıb

Rusiyanın «AvtoVAZ» zavodu ötən il Azərbaycana «Lada» avtomobillərinin ixracını 1,3% artırıb
# 16 yanvar 2009 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» avtomobil zavodu 2008-ci il ərzində 106 min avtomobil ixrac edib ki, bu da 2007-ci ildəki ixracın həcmi səviyyəsinə bərabərdir.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən il zavod bəzi ölkələrə «Lada» avtomobil modelinin ixracını artırıb. Belə ki, 2008-ci ildə Ukraynaya 60 mindən artıq «Lada» ixrac olunub və bu, 2007-ci illə müqayisədə 20% çoxdur. Azərbaycana isə 2008-ci ildə «AvtoVAZ»dan 11,5 min ədəd «Lada» avtomobili gətirilib ki, bu da 2007-ci illə müqayisədə 1,3% çoxdur.
Bundan başqa, ötən il ərzində zavoddan Özbəkistana 8,9 min «Lada» ixrac olunub (2007-ci illə müqayisədə 39,3% çox). Almaniyaya isə ötən il 2007-ci ilin göstəricisindən 4,6% çox «Lada» avtomobili ixrac olunub. Bu ölkədə 2008-ci ildə sözügedən modelin satış həcmi 2 mindən artıq olub.
Bundan başqa, 2009-cu il ərzində «AvtoVAZ» Kubaya 2 mindən artıq «Lada» avtomobili ixrac edəcək. Zavod həmçinin «Lada»nın ixracı ilə bağlı Suriya, Misir, İsrail, Həbəşistan, Əlcəzair və Mərakeş kimi ölkələrlə danışıqlar aparıb.
Qeyd edək ki, cari ilin ilk rübündə Rusiyada avtomobil istehsalı əhəmiyyətli dərəcədə azalacaq. Əgər 2008-ci ilin ilk rübündə Rusiya müəssisələri tərəfindən 331,1 min ədəd minik avtomobili istehsal olunubsa, artıq gələn ilin analoji dövründə 150-200 min ədəd minik avtomobilinin istehsal ediləcəyi proqnozlaşdırılır. Nəticədə, Rusiyada minik avtomobillərinin istehsalı 40-60% azalacaq. Belə ki, 2009-cu ilin yanvar ayında Rusiyanın «AvtoVAZ» müəssisəsi ümumiyyətlə avtomobil istehsal etməyəcək. Ulyanovsk Avtomobil Zavodu (UAZ) isə istehsalı bu ilin dekabr ayının 25-dən gələn ilin fevralın 9-dək dayandıracaq. İstehsalın dayandırılması müəssisələrdə minik avtomobillərinin satılmayıb toplanması ilə bağlıdır ki, bu da öz növbəsində maliyyə böhranı ilə əlaqələndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR