Bank Of Baku

Azərbaycanda genişzolaqlı rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı ötən il üç dəfə artıb

Azərbaycanda genişzolaqlı rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı ötən il üç dəfə artıb
# 16 yanvar 2009 13:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda genişzolaqlı rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı 2009-cu ilin əvvəlinə 43 495 nəfərə çatıb.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, 2007-ci ilin nəticələri ilə müqayisədə, genişzolaqlı rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı təxminən 3 dəfə artıb.
Qeyd edək ki, Azərbaycanda genişzolaqli rabitə xidmətləri 2005-ci ildən etibarən göstərilir və artıq həmin ilin sonunda bu xidmətdən istifadə edənlərin sayı 1789 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR