Bank Of Baku

Azərbaycanda inşa olunacaq yeni dəniz limanının işçi layihəsini Hollandiya şirkəti hazırlayacaq

Azərbaycanda inşa olunacaq yeni dəniz limanının işçi layihəsini Hollandiya şirkəti hazırlayacaq
# 16 yanvar 2009 14:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq yeni dəniz limanının İşçi Layihəsini hazırlayacaq şirkəti seçib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
Şirkətin seçimi ilə bağlı keçirilən tenderin nəticələri bu gün açıqlanıb və təklifləri bəyənilən Hollandiyanın «Royal Haskon Group» şirkəti tenderin qalibi elan olunub.
«Hollandiya şirkətinin təklifləri bizi qane edir. Bu gün biz bu barədə şirkətə məlumat göndərəcəyik. Eyni zamanda çalışırıq ki, qalib şirkətlə yaxın bir həftə ərzində müqaviləni imzalayaq», - deyə S.Məmmədov vurğulayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, şirkət paralel olaraq dəniz, quru və kommunikasiyaların qurulması ilə bağlı layihələri hazırlayacaq.
S.Məmmədov cari ilin ikinci yarısı ərzində limanın layihəsinin hazırlanaraq tikinti işlərinə başlanacağını vurğulayıb.
Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq limanda 11 yanalma körpüsü tikiləcək ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2011-ci ilə qədər inşa olunacaq. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR