Bank Of Baku

«Kia Motors» şirkəti yeni kampaniyaya başlayıb

«Kia Motors» şirkəti yeni kampaniyaya başlayıb
# 16 yanvar 2009 15:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Kia Motors Azerbaijan» şirkəti «Parabank» Səhmdar Kommersiya Bankı ilə birlikdə yeni kampaniyaya start verib.
Şirkətrin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya bu ilin mart ayının 21-dək davam edəcək. Kampaniyanın şərtlərinə əsasən, Azərbaycanda ilk dəfə bütün «Kia» avtomobil modellərini illik 18%-dən başlayan kreditlə əldə etmək mümkündür.
«Kia Motors»un PR, reklam və marketinq Departamentinin rəhbəri İlahə Tağıyevanın sözlərinə görə, kampaniya Novruz Bayramı ilə əlaqədar keçirilir və martın 21-dək davam edəcək. «Kampaniya çərçivəsində «Kia» modellərini kreditlə əldə edənlər ilkin olaraq avtomobilin ümumi dəyərinin 20%-ni ödəməlidir. Bütün modellər üçün maksimum müddət 5 ildir», - deyə İ.Tağıyeva vurğulayıb.
Maraqlanan şəxslər «Kia Motors» şirkətinin satış salonlarından daha ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, «KIA Motors Azerbaijan» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 6, Gəncədə 2, Goranboy, Masallı və İmişlidə 1 satış və servis salonları mövcuddur. Şirkət ölkənin avtomobil bazarında «KIA»nın 13 modelini təqdim edir ki, bunların sırasında «Opirus», «Optima», «Cerato», «Rio», «Picanto», «Carens», «Carnival», «Sportage», «Sorento», «Borrego», «Mohave», «Soul» və «Ceed» mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR