Bank Of Baku

“Akkord” 500 nəfəri işə qaytarıb

“Akkord” 500 nəfəri işə qaytarıb
# 16 yanvar 2009 17:18 (UTC +04:00)
“Akkord” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva APA-ya bildirib ki, artıq sabahdan yerinə yetirilən infrastruktur layihələri üzrə iş fəaliyyətini bərpa etməyi planlaşdıran “Akkord” rəhbərliyi işlərin tam həcmdə davam etdirilməsinə yaranan ilk imkandaca digər işçiləri də geri çağıracaq.

A. Quliyeva xatırladıb ki, Yeni ilin daxil olması ilə eyni vaxtda respublika ərazisində müşahidə edilən kəskin hava şəraiti bir sıra inşaat-tikinti işlərində ləngimə və dayanmalarla müşahidə olunub. Bunun nəticəsi olaraq “Akkord İnşaat-Sənaye” ASC-nun həyata keçirdiyi infrastruktur layihələrinin icrasında da analoji vəziyyət yaranıb.

Həmin vaxt “Akkord İnşaat-Sənaye” ASC-nin İdarə Heyətinin qərarı ilə vəziyyəti dəyərləndirərək sözügedən layihələrdə çalışan 1500-ə yaxın işçinin bir ay müddətində məzuniyyətə göndərilməsi və havaların işlərin davam etdirilməsinə imkan verəcəyi halda onların yenidən geri çağırılacağı barədə açıqlama verib: “Artıq ötən vaxt ərzində iqlim şəraitinin və havanın temperaturunun müsbətə doğru dəyişməsi işlərin qismən yenidən bərpa olunmasına şərait yaradıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR