Bank Of Baku

Azərbaycanda mobil abunəçilərin sayı ötən il 29 % artıb

Azərbaycanda mobil abunəçilərin sayı ötən il 29 % artıb
# 19 yanvar 2009 06:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda mobil rabitə abunəçilərinin ümumi sayı 2009-cu ilin yanvarın ayının 1-i vəziyyətinə 5,821 mln. nəfər təşkil edib ki, bu da 2008-ci ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 1,302 mln. nəfər və ya 28,8% çoxdur.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, hesabat ilində respublikada hər 100 nəfər əhaliyə düşən mobil abunəçilərinin sayı 67 nəfər təşkil edib.
Qeyd edək ki, 2007-ci ilin nəticələrinə görə, bu göstərici 52,4 nəfər, 2003-cü ilin nəticələrinə görə isə 12,8 nəfər olub.
Ümumilikdə, son altı ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 5,5 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR