Bank Of Baku

«AvtoKrAZ» Holdinqi ötən il istehsalı azaldıb

«AvtoKrAZ» Holdinqi ötən il istehsalı azaldıb
# 19 yanvar 2009 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukraynanın yük avtomobilləri istehsalçısı olan «AvtoKrAZ» Holdinqi dünya maliyyə böhranı ilə əlaqədar 2008-ci ildə istehsal proqnozlarını tam icra edə bilməyib.
«APA-Economics»in məlumatına görə, buna baxmayaraq, ötən ilin ilk 10 ayı ərzində zavodda istehsalın artım tempi 2007-ci ilin analoji dövrü ilə müqayisədə 101% təşkil edib. İstehsal həcminin azalması isə 2008-ci ilin noyabr-dekabr aylarında müşahidə olunub. Belə ki, 2007-ci illə müqayisədə istehsalın 19% azalması qeydə alınıb. Bundan başqa, zavodun digər şirkətlərlə imzaladığı müqavilələrə əsasən, yük avtomobillərinin təchizatı 2009-cu ilin I rübünədək uzanıb.
Ötən il ərzində zavodda 3 634 ədəd «KrAZ» avtomobili istehsal olunub ki, bu da 2007-ci illə müqayisədə 13,6% azdır. Hesabat dövründə zavodda istehsal olunmuş avtomobillərin 45%-ni özüboşaldan, 38%-ni ümumi təyinatlı, 10%-ni isə dartıcı yük avtomobilləri təşkil edib.
İstehsal həcminin azalmasına baxmayaraq, ötən il «AvtoKrAZ» ixrac həcmini qoruyub saxlaya bilib. Belə ki, 2008-ci ildə zavod Rusiyaya 1 088 ədəd, Türkmənistana 163 ədəd, Azərbaycana 113 ədəd, digər MDB ölkələrinə isə 205 avtomobil ixrac edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR