Bank Of Baku

Azərbaycanda hər 100 nəfər əhaliyə düşən kompüterlərin sayı 25%, İnternet istifadəçilərinin sayı isə 64% artıb

Azərbaycanda hər 100 nəfər əhaliyə düşən kompüterlərin sayı 25%, İnternet istifadəçilərinin sayı isə 64% artıb
# 19 yanvar 2009 08:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda hər 100 nəfər əhaliyə 5 kompüter düşür. Bu, 2007-ci ilin analoji yekun göstəricisi (4 kompüuter) müqayisədə 25% çoxdur.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, Azərbaycanda bu göstəricinin rəsmi statistikası 2005-ci ildən etibarən aparılır. Nəticədə, son dörd ildə hər 100 nəfər əhaliyə düşən kompüterlərin sayının 2,17 dəfə artıdığı müəyyənləşib.
Bununla yanaşı, 2008-ci ilin yekunlarına görə, hər 100 nəfər əhaliyə düşən İnternet istifadəçilərinin sayı 18 nəfər təşkil edib ki, 2007-ci ildə bu göstərici 11 nəfər olub. Bu sahədə artım 64%-ə yaxın olub.
Qeyd edək ki, 2005-ci ilin nəticələri ilə müqayisədə Azərbaycanda hər 100 nəfər əhaliyə düşən İnternet istifadəçilərinin sayı 2,25 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR