Bank Of Baku

Yanvarın 21-də Londonda Xəzər Dəniz Layihəsi üzrə beynəlxalq iclas keçiriləcək

Yanvarın 21-də Londonda Xəzər Dəniz Layihəsi üzrə beynəlxalq iclas keçiriləcək
# 19 yanvar 2009 08:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 21-də Londonda (Böyük Britaniya) Xəzər Dəniz Layihəsi çərçivəsində beynəlxalq toplantı keçiriləcək.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanı ADDA-nın rəis müavini Namiq Ağamalıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Toplantıda Böyük Britaniya Xarici və Əməkdaşlıq İşləri üzrə Nazirliyinin məsul nümayəndəsinin Bakı və Astanda keçirilmiş son iclaslar və layihələr barədə məlumatları dinlənəcək. Bundan başqa, iclasda həm sahil, həm də dənizdə işləyə biləcək mütəxəssislərin hazırlanması, təsnifat cəmiyyətləri ilə əməkdaşlığın genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR