Bank Of Baku

«AB SkyBell» İT şirkəti fəaliyyətini dayandırır

«AB SkyBell» İT şirkəti fəaliyyətini dayandırır
# 19 yanvar 2009 09:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «AB SkyBell» kommunikasiya şirkəti bu ilin fevral ayının 1-dən etibarən fəaliyyətini dayandıracaq.
«AB SkyBell» şirkətinin baş direktoru Səbinə Babayevanın «APA-Economics»ə verdiyi məlumata görə, İinternet xidmətləri bazarının gəlir olmaması səbəbindən və dünya maliyyə böhranı nəticəsində təsisçilər şirkətin fəaliyyətini dayandırmaq qərarına gəliblər.
Qeyd edək ki, «AB SkyBell» kommunikasiya şirkətinin servislərindən biri olan «SkyNet» kommutasiya edilmiş telefon xətti ilə (Dial-Up) bağlantı imkanını verən İnternet xidmətinin dayandırılması ilə əlaqədar «SkyNet» kartlarının satışı artıq dayandırılıb. Bütün əldə olunmuş və istifadə müddəti bitməmiş kartların son istifadə müddəti bu il fevralın sonuna kimidir.
«AB SkyBell» şirkəti 2004-ci ildə «AB Standard» Holdinqi tərəfindən təsis edilib və fəaliyyətinin əsas istiqaməti müasir texnologiyalar əsasında rabitə xidmətlərinin göstərilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR