Bank Of Baku

«Azercell» şirkəti daha iki xarici operatorla rouminq müqaviləsi bağlayıb

«Azercell» şirkəti daha iki xarici operatorla rouminq müqaviləsi bağlayıb
# 19 yanvar 2009 13:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» MMC ilə Hindistanın «Vodafone Essar East Ltd.» və Kambocanın «Applifone-Starcell» operatorları arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.
«Azercell»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, Hindistan ilə sayca 23-cü, Kamboca ilə isə 3-cü rouminq müqaviləsidir.
Hazırda «Azercell» abonentləri Hindistanın «Hutchison Essar Ltd. (Orange)», «Hutchison Essar Mobile Services (Hutchison Essar Telecom)», «BPL Mobile Comunication (Mumbai)», «BPL Mobile Cellular (Kerala)», «BPL Mobile Cellular(Tamil Nadu)», «Bharti Airtel Chennai», «Bharti Airtel Kolkatta», «Bharti Airtel Tamilnad», «Bharti Airtel UP West», «Bharti Airtel Maharashtra», «Bharti Airtel Rajasthan», «Bharti Airtel Andhra Pradesh», «Bharti Airtel Kerala», «Bharti Airtel Gujarat», «Bharti Airtel Punjab», «Bharti Airtel Madhya Pradesh», «Bharti Airtel Mumbai», «Bharti Airtel Karnataka», «Bharti Airtel Haryana», «Bharti Airtel Himachal Pradesh BSNL (Bharat Sanchar Nigam Ltd.)» və Kambocanın «Telekom Malaysia International (Cambodia) TMIC» və «Cambodia Shinawatra Co. Ltd.» operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi «Azercell Telecom» MMC 146 ölkənin mobil rabitə operatorları ilə 371 rouminq sazişi bağlayıb.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR