Bank Of Baku

Ötən il dünyada ən populyar mobil telefon «Apple iPhone» smartfonu olub

Ötən il dünyada ən populyar mobil telefon «Apple iPhone» smartfonu olub
# 19 yanvar 2009 13:24 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Mobil telefon aparatları üçün örtülər istehsal edən məşhur «Krussell» şirkəti (İsveç) 2008-ci ilin ən populyar mobil telefonların reytinqini hazırlayıb.
«APA-Economics»in məlumatına görə, reytinq 10 daha çox satılan mobil telefon modellərindən ibarətdir. Reytinqdə ilk yeri məşhur «Apple iPhone» smartfonu tutub. «Krussell» şirkətinin direktoru Ulf Sandberq qeyd edib ki, istifadəçilərin ən çox qeydinə qaldıqları telefon məhz «iPhon»dur. Sonrakı üç yeri «Nokia» şirkətinin mobil telefonları tutub (Nokia 3109, Nokia 6300, Nokia E51).
Beşinci yerdə «HTC Diamond» markalı telefon, 6-cı yerdə «Nokia N95», 7-10-cu yerlərdə isə «Sony Ericsson» şirkətinin telefon modelləri (K800i, C702, K850i, K530i) qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR