Bank Of Baku

Azərbaycan paytaxtında köhnə ATS-lərin yenidən qurulması ilin sonunadək həyata keçiriləcək

Azərbaycan paytaxtında köhnə ATS-lərin yenidən qurulması ilin sonunadək həyata keçiriləcək
# 19 yanvar 2009 13:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) 2009-cu ilin sonuna kimi paytaxt ərazisində köhnəlmiş ATS-lərin yenidən qurulmasını həyata keçirməyi nəzərdə tutur.
BTRİB-in rəis müavini Xankişi Kişiyevin «APA-Economics»ə verdiyi məlumata əsasən, bu il ərzində Bakı şəhərində 474/475/476, 471/472/473, 494/495, 423 və digər ATS-lərin NGN texnologiyasının tətbiqi ilə yenidən qurulması nəzərdə tutulub.
Qeyd edək ki, BTRİB əhalinin telefon və ADSL portlarına olan tələbatını nəzərə alaraq, 561/562/563 saylı EATS-in tutumunu 800 nömrə, 564/565 saylı EATS-in port tutumunu 1024 port, 566/567/514 saylı EATS-in tutumunu 1024 nömrə və 598 saylı EATS-in port tutumunu 1024 port artırıb.
Bununla yanaşı, BTRİB yeni çoxmərtəbəli yaşayış evlərində ONU tipli mini ATS-lər, Tele Data avadanlıqları quraşdırmaqla əhalini yüksək sürətli İnternetlə, fasiləsiz telefon rabitəsi, İP-TV və video-telefoniya xidmətləri ilə təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR