Bank Of Baku

“Azəriqaz” rəhbəri qaz sızmasından partlayışların baş verməsində vətəndaşları günahlandırır

“Azəriqaz” rəhbəri qaz sızmasından partlayışların baş verməsində vətəndaşları günahlandırır
# 20 yanvar 2009 09:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri (QSC) Əlixan Məlikov deyib. Ə. Məlikov bildirib ki, abonentlər təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etsə, bədbəxt hadisələr baş verməz. Bu yaxınlarda Nazirlər Kabinetində keçirilən toplantıda rayon icra hakimiyyətləri yanında təbii qazdan istifadə ilə bağlı əhalinin maarifləndirilməsi və təhlükəsizlik tədbirləri görülməsi məqsədilə xüsusi qərargahların yaradılması barədə göstəriş verildiyini xatırladan “Azəriqaz” rəhbəri qeyd edib ki, yaradılan qərargahlar əhali arasında maarifləndirmə işləri, həmçinin evlərdə yoxlamalar aparacaq. O, qanunsuz qaz çəkilişinə qarşı mübarizənin gücləndiriləcəyini də vurğulayıb.

Ə. Məlikov evlərdə aparılan yoxlamalar zamanı əhalinin qaz istismarı idarələrinin əməkdaşlarına zor tətbiq etməkdən belə çəkinmədiklərini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR