Bank Of Baku

Azərbaycanda İnternet kanallarının ümumi tutumu son beş ildə təxminən 90 dəfə artıb

Azərbaycanda İnternet kanallarının ümumi tutumu son beş ildə təxminən 90 dəfə artıb
# 20 yanvar 2009 09:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda İnternet kanallarının ümumi tutumu 2008-ci ildə 8 Gb/saniyə təşkil edib.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, 2007-ci ildə bu göstərici 6 Gb/saniyə, 2003-cü ildə isə 90 Mb/saniyə səviyyəsində olub.
Hesabat ilində Azərbaycanda beynəlxalq giriş trafikinin mübadiləsi 515,4 mln. dəqiqə, çıxış trafiki isə 155 mln. dəqiqə olub. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə giriş trafikinin həcmi 32,4%, çıxış trafikinin həcmi isə 29,6% artıb.
Bununla yanaşı qeyd etmək olar ki, 2008-ci ildə beynəlxalq kanalların sayı 4 919 kanal təşkil edib və bu, son beş ildə onların sayının 2,3 dəfə, 2007-ci illə müqayisədə isə 4% artdığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR