Bank Of Baku

Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 14% artıb

Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 14% artıb
# 20 yanvar 2009 10:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Bakı Metropolitenindən 200,4 mln. sərnişin istifadə edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyat vasitəsi ilə yararlanan sərnişinlərin sayı əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 14,1% artıb. Bu da, onu göstərir ki, sözügedən nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır.
Bundan başqa, 2008-ci il ərzində Bakı Metropolitenin hərəkət heyəti genişləndirilib. Belə ki, il ərzində istismar üçün 36 yeni sərnişin vaqonu alınıb.
Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 21 stansiyası və 1 deposu var. Ötən ilin oktyabr ayında «Nəsimi» stansiyasını istifadəyə verən Bakı Metropoliteni 2009-cu il ərzində «Azadlıq» stansiyasını istismara vermək niyyətindədir.
Xatırladaq ki, 2008-ci ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR