Bank Of Baku

Yeni İnternet virusu dünyada 9 mln. kompüteri zədələyib

Yeni İnternet virusu dünyada 9 mln. kompüteri zədələyib
# 20 yanvar 2009 11:47 (UTC +04:00)
«F-Secure» təşkilatının yaydığı məlumata görə, «Conflicker.B/Downadup.B» adlanan bu virus «Microsoft Windows»un «Server» xidmətində zəifliklərdən istifadə edən ən məşhur virusdur. «Microsoft» Korporasiyasının ötən ilin oktyabrında (MS08-067) müvafiq düzəliş buraxmasına baxmayaraq, zəiflik cinayətkarlar tərəfindən aktiv istifadə edilir.
«APA-Economics»in məlumatına görə, «Windows»a düşdükdə, virus özünə DLL genişlənməsini və 5-8 hərfdən ibarət ad (məsələn, «piftoc.dll») götürür. Bundan sonra, aktivləşdirilmiş virus HTTP serveri yaradır, bütün sistemi həddindən artıq yükləyir, bu da onun sonrakı bərpasını xeyli çətinləşdirir və xaker saytlarından fayllar yükləməyə başlayır.
Ekspertlər hesab edirlər ki, virusun imkanları göründüyündən daha genişdir, proqramın mürəkkəb alqoritmi isə gün ərzində yüzlərlə müxtəlif domen adı yaratmaq iqtidarındadır. Mütəxəssislər bu hadisə ilə effektiv mübarizə üsullarını hələ tapmayıblar, lakin artıq yoluxmuş kompüterlərin sayını təyin edə bilirlər.
Virusun yayılmasına ən çox məruz qalan istifadəçilər Çin, Braziliya, Rusiya və Hindistanda qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR