Bank Of Baku

Dünya Bankının nəqliyyat missiyası Azərbaycana gəlib

Dünya Bankının nəqliyyat missiyası Azərbaycana gəlib
# 21 yanvar 2009 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) avtomobil yol layihələri üzrə missiyası Azərbaycanda səfərdədir. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
DB-nın Bakı ofisindən həmçinin bildirilib ki, nümayəndə heyətinə Bankın nəqliyyat üzrə baş mütəxəssisi Kristofer Bennet (Cristopher Bennett) başçılıq edir: «Üçgünlük səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın nəqliyyat sektorunun müvafiq qurumlarında görüşlər keçirəcək, hazırda ölkədə icra olunan nəqliyyat layihələrinin gedişini müzakirə edəcək».
Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan hökuməti ilə DB arasında «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II» layihəsi üçün əlavə 300 mln. ABŞ dolları məbləğində vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana 2 mlrd. dollardan artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR