Bank Of Baku

«Fiat» avtomobil şirkəti «Chrysler»in 35% səhmini alıb

«Fiat» avtomobil şirkəti «Chrysler»in 35% səhmini alıb
# 21 yanvar 2009 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İtaliyanın «Fiat» avtomobil şirkəti ABŞ-ın «Chrysler» şirkətindən bir dollar belə ödəmədən 35% səhm alıb.
«APA-Economics»in verdiyi məlumata görə, şirkətlər arasında bir müddət davam edən danışıqlar nəhayət başa çatıb. Belə ki, italyanlar pulsuz-parasız «Chrysler»in 35% səhmini əldə edib. Buna baxmayaraq, «Chrysler» öz növbəsində «Fiat»ın texnologiyalarından istifadə edə biləcək. Belə ki, «Fiat» qənaətli avtomobillərin istehsalında böyük təcrübəyə malikdir. Bundan başqa, «Chrysler» şirkəti dünya üzrə «Fiat»ın diler şəbəkəsindən də yararlanmaq imkanı əldə edib.
«Fiat» öz növbəsində ABŞ-ın avtomobil bazarına yenidən çıxmaq imkanını əldə edib. Yaxın gələcəkdə ABŞ-da «Chrysler»in avtosalonlarında «Fiat»a məxsus olan «Alfa Romeo» avtomobillərinin satışı da mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR