Bank Of Baku

Rusiya «Oka» avtomobillərinin istehsalını dayandırıb

Rusiya «Oka» avtomobillərinin istehsalını dayandırıb
# 21 yanvar 2009 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın Serpuxov Avtomobil Zavodu (SeAZ) «Oka» avtomobillərinin istehsalını dayandırıb.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən ilin noyabr ayında «SeAZ» zavodu Azərbaycan hökumətinin sifariş etdiyi sonuncu «Oka» avtomobillərini istehsal edib. Hazırda sifarişlər olmadığından «Oka»nın istehsalı tamamilə dayandırılıb.
Qeyd edək ki, 2008-ci ilin yanvar-noyabr ayları ərzində «SeAZ»da 1,3 min «Oka» avtomobili istehsal edilib və bu, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 65% azdır. Avtomobillərin 50%-i sosial sifarişləri təmin etmək üçün, qalan hissəsi isə Rusiyanın daxili bazar üçün istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR