Bank Of Baku

Azərbaycanda ictimai informasiya subyektlərinin rəsmi İnternet resurslarının monitorinqi keçiriləcək

Azərbaycanda ictimai informasiya subyektlərinin rəsmi İnternet resurslarının monitorinqi keçiriləcək
# 21 yanvar 2009 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 1-dən etibarən Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi ictimai informasiya subyektlərinin (dövlət orqanları və bələdiyyələr) rəsmi İnternet resurslarının monitorinqinə başlayacaq.
Multimedia Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq prosesi «İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin monitorinqi Layihəsi» çərçivəsində həyata keçiriləcək. Monitorinq ölkə qanunvericiliyi və beynəlxalq təcrübə nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan metodika əsasında gerçəkləşdirilir. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların kəmiyyət və keyfiyyətini analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
Cari ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulan monitorinq əsasında konkret ictimai informasiya resursları üzrə icmal və tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə reytinqin və yekun hesabatın hazırlanması nəzərdə tutulub.
Keçiriləcək monitorinq prosesində 50 dövlət qurumunun və 10 bələdiyyənin rəsmi İnternet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR