Bank Of Baku

Nazir Əli Abbasov: «Azərbaycanın ərazisi tam telefonlaşdırılıb»

Nazir Əli Abbasov: «Azərbaycanın ərazisi tam telefonlaşdırılıb»
# 21 yanvar 2009 10:34 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, toplantıda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, 2008-ci ildə Azərbaycanın İKT sektorunda əldə edilən gəlir 28,1% artıb və bu, orta ümumdünya göstəriciləri ilə müqayisədə 3 dəfə çoxdur. Hesabat ilində İT sektorunda əldə olunan gəlirin artımı 25,3%, poçt sektoru üzrə isə 6,5% təşkil edib.
Bununla yanaşı, RİTN-in səyləri nəticəsində ölkə ərazisi tam olaraq telefonlaşdırılıb. Ötən il ərzində respublika üzrə 500-dən artıq kənd telefonlaşdırılıb, hətta 5 ailədən ibarət kəndlərlə də telefon rabitəsi yaradılıb.
Nazir bildirib ki, ölkədə hər 100 nəfərdən 68-i mobil rabitə abunəçisidir. CDMA texnologiyası isə artıq 24 rayon əhatə edir və bu xidmətin artıq 21 min abunəçisi var.
Kollegiya iclasında RİTN-in maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin rəisi Rəşad Nəbiyev nazirliyin 2008-ci il üzrə əsas maliyyə göstəriciləri haqqında ətraflı məlumat verib. İclasda çıxış edən RİTN-in tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov isə mobil rabitə xidmətlərinin tariflərinin tənzimləməsi ilə bağlı görüləcək tədbirlər barədə danışıb.
RİTN-in informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri və Koordinasiya Şurasının üzvi Rüfət Gülməmmədov öz növbəsində, Azərbaycanda İnternet xidmətlərinin inkişafı ilə bağlı məlumat verib və İnternet tariflərinin endirilməsi ilə bağlı tədbirlərin keçiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR