Bank Of Baku

Azərbaycandakı iri İnternet provayderləri yaxın günlərdə tarifləri iki dəfə azaldacaq

Azərbaycandakı iri İnternet provayderləri yaxın günlərdə tarifləri iki dəfə azaldacaq
# 21 yanvar 2009 11:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Hazırda Azərbaycanda müştərilərə göstərilən genişzolaqlı İnternet xidmətlərinin tarifləri bütövlükdə region üzrə orta səviyyədədir. Lakin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədəki iqtisadi işgüzarlıq aktivliyini nəzərə alaraq, İnternet qiymətlərinin bir neçə dəfə aşağı salınmasını vacib sayır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun «APA-Economics»ə verdiyi məlumata əsasən, Tarif Şurası ilə razılaşdırılaraq bir sıra resursun, kanalların qiymətləri aşağı salınıb. Bununla yanaşı, artıq bir sıra iri provayderlərlə qiymətlərin ən azı iki dəfə endirilməsi ilə bağlı razılaşma əldə olunub. «İnternet operatorlarına tövsiyə edilib ki, yaxın 15 gün ərzində qiymətlər endirilsin», - deyə nazir bildirib.
Qeyd edək ki, bu ildən əksər provayderlər tarifləri 50-60% endirib və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlib ki, artıq 2009-cu ilin sonuna kimi Azərbaycan regionda ən aşağı qiymətlə İnternet xidmətləri göstərən ölkəyə çevriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR