Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması ötən il 9% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması ötən il 9% artıb
# 21 yanvar 2009 11:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 2007-ci illə müqayisədə 9,2%, yük dövriyyəsi isə 13,6% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, son 5 ildə bu göstəricilərin artımı müvafiq olaraq 1,7 dəfə və 4 dəfə təşkil edib.
Hesabat dövründə nəqliyyat vasitələri ilə daşınmış 183 mln. ton yükün 48,1%-i avtomobil, 30,4%-i boru kəməri (o cümlədən 17,9%-i Bakı-Tiflis-Ceyhn neft kəməri, 1,8%-i Cənubi Qafqaz qaz kəməri ilə), 15%-i dəmir yolu, 6,5%-i isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Ötən il ümumilikdə nəqliyyat xidmətlərinin dəyər ifadəsində həcmi 2007-ci ilə nisbətən 13,3% artıb.
Özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 11,6% artıb, bu bölmənin yük daşınmasında payı 69,4% təşkil edib.
Ötən ilin yekunları üzrə nəqliyyat sektorunda sərnişin nəqliyyatı vasitələri ilə 1,2 mlrd. nəfər və ya əvvəlki illə müqayisədə 8,2% çox sərnişin daşınıb. Bu sahədəki fəaliyyətin 83,2%-i qeyri-dövlət bölməsinin payına düşüb, sərnişinlərin 83,2%-i avtomobil, 16,1%-i isə metro nəqliyyatı ilə daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR