Bank Of Baku

Əli Abbasov: «Azərbaycanın teleradio kanallarının Ermənistanın efirinə müdaxiləsi qarşı tərəfin texniki tələbləri yerinə yetirməməsi ilə bağlıdır»

Əli Abbasov: «Azərbaycanın teleradio kanallarının Ermənistanın efirinə müdaxiləsi qarşı tərəfin texniki tələbləri yerinə yetirməməsi ilə bağlıdır»
# 21 yanvar 2009 11:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Ermənistan Rabitə və Nəqliyyat Nazirliyi bu yaxınlarda Azərbaycana qarşı şikayətlə Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət edib. Şikayət Azərbaycanın radio və televiziya kanallarının Ermənistanın teleradio efirinə qanunsuz müdaxilə etməsi ilə bağlı olub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ə.Abbasovun sözlərinə görə, Azərbaycan bu gün qonşuları ilə radio-televiziya proqramlarını Beynəlxalq Telekommunikasiya İttifaqı ilə razılaşdırılmış protokol əsasında yayımlayır. Ötən il Azərbaycanda dövlət başçısının sərəncamı ilə Prezident Fondundan sərhəd rayonlarında yayımın keyfiyyətini yaxşılaşdırmaq üçün vəsait ayrılıb və bunun nəticəsində quraşdırılan avadanlıq yayımın gücünü və keyfiyyətini artırıb.
«Qeyd edilən müdaxilələr qarşı tərəfin yayım parametrlərinin texniki tələblərini yerinə yetirməməsi ilə bağlıdır. Azərbaycanın müxtəlif sərhəd rayonlarında artıq 13 böyük verici stansiya quraşdırılır və yaxın günlərdə Lerikdə iki verici stansiya quraşdırılacaq. Bununla da Azərbaycanın efirinə olan müdaxilələrə son qoyulacaq», - deyə Ə.Abbasov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR