Bank Of Baku

Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin baxdığı inzibati xətalara dair işlər üzrə icraatın aparılması qaydaları təsdiqlənib

Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin baxdığı inzibati xətalara dair işlər üzrə icraatın aparılması qaydaları təsdiqlənib
# 21 yanvar 2009 11:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Komitə tərəfindən baxılan inzibati xətalara dair işlər üzrə icraatın aparılması Qaydaları» hazırlanaraq təsdiq edilib. Bu barədə «APA-Economics»ə DƏİEDK-in mətbuat xidmətindən məlumat verilib.
Qaydalar İnzibati Xətalar Məcəlləsinə, komitənin Əsasnaməsi, məhkəmə qərarlarının icrası, icarəyə verilmiş dövlət əmlakının səmərəli istifadə olunması, habelə dövlət əmlakının registrinin aparılması ilə bağlı müvafiq qanunvericilik əsasında hazırlanıb. Sənədə əsasən, dövlət müəssisə və təşkilatları tərəfindən dövlət əmlakı və ondan istifadə ilə bağlı məlumat və hesabatların təqdim edilməsi, dövlət əmlakının icarəyə və istifadəyə verilməsi, dövlət müəssisələrinin istifadəsində olan əsas vəsaitlərin hərəkəti qaydalarının pozulması inzibati xətalara dair işlərə baxılacaq.
Qaydalara uyğun olaraq, inzibati xəta hadisəsinin mövcudluğu barədə dövlət təşkilatlarından, fiziki və hüquqi şəxslərdən daxil olan, habelə KİV-də dərc edilən məlumatlar inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa əsas verir.
İnzibati xətanın törədilməsi faktı aşkar edildikdə inzibati xəta haqqında protokol tərtib olunacaq. İnzibati xətalara dair protokollar daşınmaz dövlət əmlakının icarəyə verilməsi qanunvericiliyinin pozulması, dövlət mülkiyyətində olan daşınmaz əmlak və torpaq sahələrindən qanuni əsas olmadan istifadə, habelə təyinatının dəyişdirilməsi halları, əmlakın faktiki vəziyyətini müəyyən edən hesabatların təqdim olunmadıqda, habelə əsas vəsaitlərin qeyri-qanuni hərəkəti aşkar olunduqda dövlət müəssisə və təşkilatın rəhbər vəzifəli şəxsləri barəsində tərtib edilir. İnzibati xətalara dair tərtib edilmiş protokollar və xətanın predmeti olan digər sənədlər məhkəmələrə göndəriləcək.
Bununla yanaşı, Qaydalara uyğun olaraq, maliyyə və balans hesabatlarını komitəyə təqdim etməyən dövlət müəssisə və təşkilatlarında monitorinqlər keçiriləcək.
Sənədə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrası, barəsində qərar çıxarılmış vəzifəli şəxs üçün məcburidir və inzibati cərimələrin tətbiq olunmasına dair qərar qanuni qüvvəyə mindiyi vaxtdan etibarən 10 gündən gec olmayaraq icra olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR