Bank Of Baku

Azərbaycan paytaxtında kommersiya xarakterli daşınmaz əmlakın qiyməti dekabrda 2,4% düşüb

Azərbaycan paytaxtında kommersiya xarakterli daşınmaz əmlakın qiyməti dekabrda 2,4% düşüb
# 21 yanvar 2009 12:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayında Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiyməti 2,4%, icarə qiymətləri isə 2,3% düşüb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Bakı şəhəri üzrə 1 kv. metr qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) noyabrda qeydə alınan 3 501 ABŞ dollarından 3 417 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən, qiymət azalması ötən rüblə müqayisədə 6,7% təşkil edib. İlin əvvəli ilə müqayisədə isə qiymətlərdə 23,4%-lik artım var.
Bazara çıxarılan qeyri-yaşayış sahələri noyabrda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası noyabr ayına nisbətən azalıb.
Qiymətləri zonalar üzrə təhlil etdikdə yalnız II zonada cüzi qiymət artımı, digər üç zonada isə qiymət azalması baş verib. Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə yalnız Nərimanov rayonunda (0,4%) artım, digər rayonlarda isə qiymət azalması müşahidə edilib.
Bazarda qeyri-yaşayış sahələrinin 1 kv. m-nin orta qiymətindən (3 559 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 62,9% paya malikdir.
Dekabrda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 5,1% azalıb. Qiymət azalması ilə yanaşı bazarda bağlanan əqdlərin sayında da noyabr ayı ilə müqayisədə azalma (8,6%) müşahidə olunub. Daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 10,4% təşkil edib. Buna müvafiq olaraq bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR