Bank Of Baku

TRACECA-nın Azərbaycan seqmenti üzrə yük daşınması 3% artıb

TRACECA-nın Azərbaycan seqmenti üzrə yük daşınması 3% artıb
# 21 yanvar 2009 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 43,8 mln. ton və ya 2007-ci ilin analoji dövrü ilə müqayisədə 2,7% çox yük daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə TRACECA-nın Azərbaycan ərazisində sərnişin daşımalarının həcmi 2007-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,9% çox sərnişin daşınaraq 175,4 mln. nəfərə bərabər olub.
Dəhliz üzrə yük daşınmasında dəmir yolu nəqliyyatı 54,7%, avtomobil nəqliyyatı 31,3%, dəniz nəqliyyatı 14% paya malik olub, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 26,5%-ni təşkil edib.
Dəhliz üzərində həyata keçirilmiş daşımalardan 239,9 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5% çox gəlir əldə edilib və artım dəmir yolu nəqliyyatında 11,1%, dəniz nəqliyyatında 15,4%, avtomobil nəqliyyatında isə 14,4% səviyyəsində müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR