Bank Of Baku

Azərbaycanda avtonəqliyyat vasitələrinin sayı ötən il daha 11% artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin sayı ötən il daha 11% artıb
# 21 yanvar 2009 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə fiziki şəxslərin - fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla 88 mln. ton yük, 1 mlrd. sərnişin daşınıb. Əvvəlki illə müqayisədə yük və sərnişindaşımanın həcmi müvafiq olaraq 7,8% və 7,2% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərnişinlərin 96,7%-i avtobus, 3,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtomobil nəqliyyatı ilə yük və sərnişin dövriyyəsində artım 8,9% səviyyəsində olub.
Hesabat dövründə avtonəqliyyat vasitələrinin sayı 2007-ci ilə nisbətən 86,7 min ədəd və ya 11,2% artaraq 2009-cu ilin əvvəlinə 860,1 minə çatıb. Son 5 ildə isə əhalinin hər 1 000 nəfərinə düşən avtomobillərin sayı 1,7 dəfə artaraq 99 ədəd olub. Avtomobillərin 4/5 hissəsini minik avtomobilləri, 13,1%-ni yük avtomobilləri, 3,4%-ni avtobuslar, qalan hissəsini isə xüsusi təyinatlı və digər avtomobillər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR