Bank Of Baku

«Azercell Telecom» Danimarkanın «Sonofon» şirkəti ilə rouminq müqaviləsi bağlayıb

«Azercell Telecom» Danimarkanın «Sonofon» şirkəti ilə rouminq müqaviləsi bağlayıb
# 21 yanvar 2009 14:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq MMS rouminq əhatə dairəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» Danimarkanın «Sonofon» mobil rabitə şirkəti ilə beynəlxalq MMS xidmətini istifadəyə verib. Hazırda şirkət 35 ölkənin 42 mobil operatoru ilə MMS xidməti göstərir.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR