Bank Of Baku

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 9% azaıb

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 9% azaıb
# 22 yanvar 2009 06:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 2007-ci illə müqayisədə hava nəqliyyatı ilə sərnişindaşımaların həcmi azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə 1,4 mln. nəfər və ya əvvəlki ilə nisbətən 8,6% az sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 92,7%-i dövlət bölməsinə, 7,3%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Dövlət bölməsində sərnişin daşımaları 9,7% azalıb, qeyri-dövlət bölməsində isə 9,4% çoxalıb. İl ərzində hava nəqliyyatı ilə 42,9 min ton yük daşınıb, onun 86,5%-i qeyri-dövlət bölməsinin payına düşüb.
Qeyd edək ki, 2008-ci ilin sentyabr-oktyabr aylarında Zaqatala və Lənkəran rayonlarında yeni hava limanları inşa olunaraq istismara verilib. Bununla da ölkədə hava limanlarının sayı 5-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR