Bank Of Baku

Azərbaycanda milli süni rabitə peykinin orbitə çıxarılması layihəsi üzrə iclas keçirilib

Azərbaycanda milli süni rabitə peykinin orbitə çıxarılması layihəsi üzrə iclas keçirilib
# 22 yanvar 2009 06:50 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək məqsədi ilə 10-dək aparıcı xarici peyk istehsal edən və orbitə çıxaran şirkətə, o cümlədən ABŞ, Rusiya və Çin şirkətlərinə dəvət göndərilib. Bunların arasında ABŞ-ın tanınmış «Boeing» və «Orbital Science» şirkətləri də var. İlkin məlumatlara görə, tenderin nəticələri bu ilin aprel ayında məlum olacaq.
Qeyd edək ki, layihə Azərbaycan prezidentinin ölkənin kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı ötən ilin sonunda imzaladığı sərəncamı əsasında həyata keçirilir.
Süni milli rabitə peyklərinin orbitə 2011-ci ilədək çıxarılacağı gözlənilir. Hazırda Azərbaycanın televiziya kanalları müxtəlif xarici peyklərdən yayımlanır. Milli peyk orbitə çıxarılandan sonra isə kanallar bu peyk vasitəsi ilə yayımlana biləcək. Bu layihə Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcək. Layihə kommersiya tipli və rentabellidir. Dünyada süni peykin buraxılması layihəsinin icrası 100-160 mln. ABŞ dollarına başa gəlir. Azərbaycan «AzerSpace» milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR