Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi ötən il 17% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi ötən il 17% artıb
# 22 yanvar 2009 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 17% artaraq 11,9 mln. ton təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 71%-ni neft yükləri, 29%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.
Hesabat dövründə dəniz nəqliyyatında yük dövriyyəsi 1,5% artaraq 6,1 mlrd. ton/km təşkil edib. Bundan başqa, ötən il ərzində donanmaya yükgötürmə qabiliyyəti 34,8 min ton olan daha iki Ro-Ro tipli quru yük daşıyan gəmi və iki maye yük daşıyan gəmi alınıb və gəmilərin sayı 79-a çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR