Bank Of Baku

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 35 min ton həcmində idxal yük qalığı yaranıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 35 min ton həcmində idxal yük qalığı yaranıb
# 22 yanvar 2009 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 5,4 mln. ton və ya 2007-ci illə müqayisədə eyni səviyyədə yükləmə-boşaltma işləri yerinə yetirilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, işlənmiş yüklərin 84,7%-ni təşkil edən beynəlxalq tranzit yüklərinin həcmi 2,1%, idxal yüklərinin həcmi 19,5% azalıb, ixrac yüklərinin həcmi isə 28,5% artıb.
Cari ilin əvvəlinə limanda göndərilmək üçün 35 min ton idxal yüklərin qalığı olub. İl ərzində tam registr tutumu 2,9 mln. ton olan 539 gəmi limana daxil olub, onların 435-i boşaldılıb, 104-ü isə yüklənib. Əvvəlki illə müqayisədə boşaldılmış gəmilərin sayı 4,8%, yüklənmiş gəmilərin sayı isə 2,1 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR