Bank Of Baku

Azərbaycandakı stasionar telekommunikasiya şirkətləri mövcud tariflərə yenidən baxacaq

Azərbaycandakı stasionar telekommunikasiya şirkətləri mövcud tariflərə yenidən baxacaq
# 22 yanvar 2009 08:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda stasionar telefonların ümumi sıxlığı hər 100 nəfərə 15,5% təşkil edir ki, bu da orta ümumdünya göstəricisindən aşağıdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, yaxın illərdə nazirliyin əsas məqsədlərindən biri bu sıxlığı təqribən iki dəfə artırmaqdır. Bu məqsədlə «Aztelekom» və Bakı Telefon Rabitəsi İstehsalat Birliklərinə müvafiq tapşırıqlar verilib.
Stasionar telekommunikasiya şirkətlərinin qarşısına gələcəkdə tariflərin yenidən baxılması, hətta telefon çəkilişi tariflərinin sıfıra endirilməsi imkanlarının araşdırılması tapşırığı verilib. Bütün bunlar bu ilin ilk yarısı ərzində həyata keçirilməlidir və bunun nəticəsində «100 ailəyə 100 telefon» layihəsinin reallaşdırılması nəzərdə tutulub.
Nazirlikdən həmçinin bildirilib ki, Bakı şəhərində hələ də abunəçilərin 15%-i koordinat telefon sistemindən istifadə edir və bu məsələ həlli vacib olan problemlərdən biridir.
Qeyd edək ki, 2008-ci ilin nəticələrinə görə, Azərbaycanda hər 100 ailəyə düşən sabit şəbəkə abunəçilərinin sayı cəmi 65,8 nəfər, o cümlədən Bakı şəhəri üzrə 123,7 nəfər, digər ərazilər üzrə 45,9 nəfər, o cümlədən kənd yerlərində 29,8 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR