Bank Of Baku

Azərbaycanın dövlət rabitə müəssisələri ötən il gəlirlərini 19% artırıb

Azərbaycanın dövlət rabitə müəssisələri ötən il gəlirlərini 19% artırıb
# 22 yanvar 2009 09:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2008-ci il ərzində 225,2 mln. manat həcmində gəlir əldə olunub. Bu isə müvafiq illik proqnozdan 17,4%, 2007-ci ilin analoji faktiki göstəricisindən isə 19% çoxdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, nazirliyin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2008-ci il ərzində dövlət büdcəsinə 28,6 mln. manat, DSMF-yə isə 11,4 mln. manat vəsait ödənilib.
Hesabat dövründə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqları təqribən 22% artaraq 232,8 manata çatıb.
Qeyd edək ki, hazırda telekommunikasiya və poçt sektoru üzrə orta aylıq əmək haqqı 372,9 manat, respublika üzrə orta aylıq əmək haqqı isə 268 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR