Bank Of Baku

Azərbaycan paytaxtında artıq 111 universal kartlı-qəpikli taksofon quraşdırılıb

Azərbaycan paytaxtında artıq 111 universal kartlı-qəpikli taksofon quraşdırılıb
# 22 yanvar 2009 10:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Avtomat Telefon Qovşağı (BATQ) tərəfindən 2008-ci il ərzində 500 yeni taksofonun alınması üçün müqavilə bağlanıb. Taksofonların quraşdırılmasını Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin keçirdiyi tenderin qalibi olmuş Çinin «ZTE Corporation» şirkəti həyata keçirir. Müqaviləyə əsasən, ilk mərhələdə 110 taksofon alınaraq paytaxt ərazisində quraşdırılıb. Tenderin şərtlərinə görə, paytaxtda 300-dən çox kartlı-qəpikli və veb-taksofonlar quraşdırılmalıdır.
Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 1 432 taksofon, o cümlədən 111 universal kartlı-qəpikli, 230 kartlı və 1 092 jetonlu taksofon var.
BATQ-dan «APA-Economics»ə verilən məlumata görə, paytaxtın tələbatını ödəmək üçün ümumilikdə 500-600 taksofon lazımdır. Yeni taksofonların üstünlüyü ondadır ki, onlar ödəniş kimi kartla yanaşı, dövriyyədə olan bütün qəpikləri də qəbul edir.
Qeyd edək ki, BATQ yaxın illərdə kartlı GSM taksofonların istismarını dayandırmaq və onları universal veb-taksofonlarla əvəzləmək niyyətindədir.
Veb-taksofonlar özündə kompüter və taksofon funksiyalarını cəmləşdirən İnternet-taksofonlardır. Bu aparatlar vasitəsilə İnternetə qoşulmaq, İP protokol vasitəsilə şəhərlərarası və beynəlxalq danışıqlar aparmaq, dünyanın istənilən nöqtəsindən video-konfrans həyata keçirmək mümkündür. Taksofonlar ümumi istifadə üçün binanın daxilində və kənarında yerləşdirilə bilər. Hazırda paytaxtda «Shlumberge», «Telekart», «Siemens», «Tatung» şirkətlərinin taksofonları var.
Beynəlxalq ekspertlərin fikrincə, taksofonların «ömrünə» çox qalmayıb. Çünki mobil rabitə xidmətlərinin tariflərinin düşməsi tədricən mobil rabitə əlaqəsini daha sərfəli edir və istifadəçilərin taksofonlara olan tələbatını azaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR