Bank Of Baku

Azərbaycanda dövlət rabitə müəssisələri ötən il 50 mln. dollara yaxın sərmayə yatırıb

Azərbaycanda dövlət rabitə müəssisələri ötən il 50 mln. dollara yaxın sərmayə yatırıb
# 22 yanvar 2009 11:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2008-ci il ərzində ümumilikdə 40,8 mln. manat həcmində investisiya qoyuluşu həyata keçirilib.
RİTN-dən «APA-Economics»ə verilən məlumata əsasən, ümumilikdə hesabat ilində telekommunikasiya və poçt sektorunun inkişafına 140 mln. manat investisiya yatırılıb. Həyata keçirilmiş investisiya layihələri hesabına respublikanın ümumi telefon şəbəkəsi üzrə 130 553 nömrə, o cümlədən RİTN üzrə 126 426 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilib. Nəticədə, respublikada ümumi istifadədə olan sabit telefon şəbəkəsinin tutumu 1 505 841 nömrəyə, o cümlədən RİTN üzrə 1 346 949 nömrəyə çatdırılıb.
Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə ötən il 20 mln. manatdan artıq sərmayə yatırılıb və bunun nəticəsində 317,4 km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 20 mindən çox abunəçi xətti, 15 mindən çox kanal istismara verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR