Bank Of Baku

Azərbaycanın dəmir yolu ilə daşınan yüklərin həcmi ötən il 3% azalıb

Azərbaycanın dəmir yolu ilə daşınan yüklərin həcmi ötən il 3% azalıb
# 22 yanvar 2009 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə 27,4 mln. ton və ya 2007-ci illə müqayisədə 3,1% az yük daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolunda orta hesabla sutka ərzində yüklənmiş vaqonların sayı 5% azalıb, boşaldılmış yük vaqonlarının sayı isə 8,5% artıb. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 8,8% azalma ilə, Qərb istiqaməti üzrə 5,7%, Cənub istiqaməti üzrə isə 9,8% çoxalma ilə müşahidə olunub. Dəmir yolunda yük dövriyyəsi əvvəlki illə müqayisədə 3,6% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR