Bank Of Baku

Azərbaycanda İnternet istifadəçilərinin sıxlığı iki dəfə artıb

Azərbaycanda İnternet istifadəçilərinin sıxlığı iki dəfə artıb
# 22 yanvar 2009 12:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda İnternet istifadəçilərinin sıxlığı 37% təşkil edir və bu, 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Ötən il ərzində bu göstəricinin kəskin artması Beynəlxalq Telekommunikasiya İttifaqının standartlarına uyğun, istənilən vasitə ilə İnternetə çıxışı olan vətəndaşın İnternet istifadəçisi hesab edilməsi (bu, kompüter və mobil telefon ola bilər) ilə bağlıdır. Belə olan halda, Azərbaycanda təkcə mobil telefon vasitəsi ilə İnternetə çıxışı olan istifadəçilərin sayı 12% təşkil edir. Bilavasitə kompüterlərdən İinternetə çıxışın sıxlığı isə 25%-dir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, bu sahədə əlavə artıma ehtiyac var və gələcəkdə bu istiqamətdə müvafiq işlərin aparılması nəzərdə tutulur.
Nazirlikdən həmçinin bildirilib ki, hesabat dövrü ərzində ölkə ərazisində geniş zolaqlı rabitə xidmətlərinin tətbiqi genişləndirilərək Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında geniş zolaglı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı 43 minə çatdırılıb.
Azərbaycanın İT sənayesində artım 2008-ci il ərzində məlumat bazaları ilə əlaqədar fəaliyyətdə 19,2 dəfə, kompüter periferiya avadanlıqlarının topdan satışı və proqram təminatında 9,8 dəfə, hesablama texnikası və ofis maşınlarının təmiri və onlara texniki xidmət göstərilməsində 7,4 dəfə, elektron və radio elementlərin istehsalında 3,1 dəfə, ötürücü cihazların istehsalında 2,1 dəfə, nəzarət-ölçü cihazlarının istehsalında 2 dəfə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR