Bank Of Baku

«Toyota» avtomobil istehsalı üzrə dünya lideri olub

«Toyota» avtomobil istehsalı üzrə dünya lideri olub
# 22 yanvar 2009 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Toyota» avtomobil şirkəti istehsal etdiyi avtomobillərin sayına görə dünya miqyasında liderliyi ələ alıb.
«APA-Economics»in verdiyi məlumata görə, son 77 il ərzində bu göstəriciyə görə ABŞ-ın «General Motors» şirkəti dünya lideri olub. Lakin ötən il ərzində «Toyota» 8,972 mln. ədəd avtomobil istehsal edərək liderliyə yüksəlib. «General Motors»un istehsalı isə 2008-ci ildə 8,35 mln. avtomobil olub və bu göstərici ilə şirkət ikinci yerdə qərarlaşıb.
İstehsal gücünün yüksək olmasına baxmayaraq, hər iki avtoqiqant maliyyə böhranı ilə əlaqədar zərərlə üzləşib. Belə ki, ötən il ərzində «Toyota» avtomobillərinin satış həcmi 4% azalıb. «General Motors»un isə müflis olmaq ehtimalı var: ötən il şirkətin satış həcmi 11% azalıb. Bu il ərzində isə vəziyyət daha da ağır ola bilər. Belə ki, ötən il ərzində ABŞ bazarında avtomobillərin satış həcmi 16 mln-dan 13,2 mln-dək azalıb. Bu il ərzində isə bu rəqəmin 10 mln. düşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR