Bank Of Baku

Norveçdə ilk 4G şəbəkəsi «Huawei» avadanlığı əsasında qurulacaq

Norveçdə ilk 4G şəbəkəsi «Huawei» avadanlığı əsasında qurulacaq
# 22 yanvar 2009 14:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Skandinaviyada və Baltik ölkələr bölgəsinin ən iri telekommunikasiya rabitəsi operatoru olan «TeliaSonera» şirkəti Osloda (Norveç) ilk 4G/LTE (Long Term Evolution) kommersiya şəbəkəsinin yaradılması üçün avadanlıq təchizatçısı kimi «Huawei Technologies» şirkətini seçib.
«APA-Economics»in məlumatına görə, razılaşmanın şərtlərinə əsasən, «Huawei» operatoru baza stansiyaları, əsas şəbəkə və OSS sisteminin daxil olduğu ekoloji ikitərəfli LTE həlli ilə təchiz edəcək. Bu avadanlıqlar əsasında inkişaf etdirilən infrastruktur «TeliaSonera»ya All-IP mobil yüksəktezlikli yüksəksürətli şəbəkənin üstünlüklərini təqdim edəcək. Yeni texnologiyanın tətbiqi ilə «TeliaSonera»nın abunəçiləri geniş zolaqlı mobil şəbəkədə yüksəksürətli məlumatlar ötürmək imkanı əldə edəcəklər.
Yaradılan infrastruktur Oslonun bütün ərazisini əhatə edəcək. «Huawei»in mütəxəssisləri operatorun avadanlıqlarla təchizatı ilə yanaşı, şəbəkənin lahiyələndirilməsi, tətbiqi, sistemlərin inteqrasiyası və dəstəklənməsi xidmətləri də təqdim edəcəklər. «TeliaSonera»nın baş texniki direktoru Lars Klasson qeyd edib ki, şəbəkənin artıq 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR