Bank Of Baku

«Intel» şirkəti məhsullarını təxminən iki dəfə ucuzlaşdırıb

«Intel» şirkəti məhsullarını təxminən iki dəfə ucuzlaşdırıb
# 22 yanvar 2009 15:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. ABŞ-ın «Intel» şirkəti bir sıra prosessorlarının satış qiymətini aşağı salmağı planlaşdırır. «APA-Economics»in məlmatına görə, şirkət «Core 2 Quad», «Core 2 Duo», «Pentium dual-core», «Celeron» və «Xeon» sinfindən olan çipləri artıq ucuzlaşdırıb. Burada 4-nüvəli prosessorlar xüsusilə qeyd olunur. Belə ki, 3 HHz-li Q9650 prosessorunun qiyməti 530 dollardan 316 dollara, yəni 40% salınıb.
Lakin ən çox qiymət azalması «Celeron» sinfinə aid çiplər üzrə qeydə alınıb. Belə ki, 2 HHz tezlikli «Celeron 570» mobil prosessoru hazırda 70 dollara almaq mümkündür, halbuki bu yaxınlarda onun qiyməti 134 dollar olub.
Bununla yanaşı, «Xeon» prosessorları da əhəmiyyətli dərəcədə ucuzlaşıb. Q9650-nin ardınca 3 HHz tezlikli X3370-in qiyməti 530 dollardan 316 dollara enib, 2-nüvəli «Pentium E5200»in qiyməti isə 84 dollardan 64 dollara düşüb.
Bundan başqa, «Intel» bir neçə yeni proses modelini geniş ictimiyyətə təqdim edib. Onların arasında 133 dollar qiyməti olan 2,93 HHz-li «Core 2 Duo E7500» prosessoru qeyd etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR